Nəşr haqqında məlumat
«Sənət Akademiyası» Beynəlxalq Elmi-Nəzəri Jurnal 2015-ci ildə təsis olunub. Jurnalın naşiri, təsisçisi və baş redaktoru Əməkdar incəsənət xadimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Qızıl Ulduz Mükafatı Laureatı Sonaxanım İbrahimovadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Protokol № 06-R) qərarı ilə “Sənət Akademiyası” elmi-nəzəri jurnalı “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın sənətşünaslıq və memarlıq bölməsinə daxil edilmişdir.
Jurnal 18.01.2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına (№ 4028) alınmışdır .
Jurnal İSSN 2219-9837 – Beynəlxalq Standart Seriya İdentifikasiya nömrəsini (Fransa, Paris) əldə etmişdir.
“Sənət Akademiyası” Beynəlxalq Elmi-Nəzəri Jurnal nəşrlərin mükəmməl rəqəmsal interaktiv xidmət platforması – CALAMEO.COM portalının elektron kitabxanasında yer alıb (https://www.calameo.com/accounts/7335993).
Jurnalda kulturologiya və sənətşünaslıq (teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, memarlıq, musiqi sənəti) və onların tədrisi metodikası sahəsində respublikamızda və hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş ölkə və xarici müəlliflərinin elmi məqalələri dərc edilir.
Jurnalın xüsusi buraxılışları Əminə Dilbazi -100 (2018), Qara Qarayev-100 (2019), “Qarabağ Azərbaycandır!” (2020) mövzularına həsr olunub.
Jurnal ildə 4 dəfə nəşr edilir.
